AVTO

14 Mart

Volkswagen-nin satışları azalır?

Çətin bir ilin xəbərçisi olaraq rəqiblərinə bənzər açıqlamalar verən Alman avtomobil istehsalçısı Volkswagen, bu il avtomobil satışlarının azalacağını gözləyir.

Fins.az xəbər verir ki, “Volkswagen” bu il avtomobil satışlarının 3 faiz artacağını, 2023-cü ildən isə kəskin azalacağını proqnozlaşdırıb.

VW markasında inzibati personal xərclərini beşdə bir azaltmaq planlarını açıqlayan şirkət bunun işdən çıxarmaqdansa, qismən və erkən təqaüdə çıxma yolu ilə olacağını açıqladı.

Alman avtomobil istehsalçısının 2023-cü il nəticələrini təqdim edən Baş Maliyyə Direktoru Arno Antlitz bəyan etdi ki, ümumi iqtisadi vəziyyət çətin olaraq qalır, lakin iqtisadi görünüşə və gərgin rəqabətə baxmayaraq, onlar 2024-cü ilə "inamlıdırlar".

Volkswagen-in satışları 2023-cü ildə 12 faiz artaraq 9,24 milyon avtomobilə çatıb. Digər tərəfdən, Volkswagen öz açıqlamasında önümüzdəki aylarda Qərbi Avropada, o cümlədən tam elektriklə işləyən avtomobil sifarişlərində artım gözlədiyini qeyd etdi.

Günel Məlikzadə
Fins.az