AVTO

11 Mart

Bursada elektrik avtobuslarından istifadə edilməyə başlanacaq

Bursa Böyükşəhər Bələdiyyəsinə 2 e-ATA satan Karsan fabrikdə təşkil edilən mərasimlə şəhərin ilk elektrikli avtobuslarını təslim etdi.

Fins.az şirkətdən verilən açıqlamaya istinadən xəbər verir ki, Karsan Türkiyədə yerli rəhbərliklərə parklarını ən son texnologiyaya malik qabaqcıl nəqliyyat vasitələri ilə yeniləmək üçün dəstək verir. Bu çərçivədə iki yeni nəsil ətraf mühitə uyğun Karsan e-ATA Bursa da xidmətə girir.

Karsan'ın Bursadakı fabrikində təşkil edilən təslim mərasimində Bursa Millət vəkili Mustafa Varank, Bursa Böyükşəhər Bələdiyyə Başçısı Alinur Aktaş, Burulaş baş direktoru Kürşat Çapar, Nəqliyyat Departamentinin rəhbəri Rüştü Şanlı, Karsan Baş direktoru Okan Baş, Karsan baş direktor müavini Muzaffer Arpacıoğlu iştirak edib.

Bu əməkdaşlıqla Karsan e-ATAs Bursada xidmət göstərən ilk elektrik avtobusları oldu. 

Açıqlamada verilən məlumata görə, Bursaya təslim edilən 12 metrlik Karsan e-ATAlar 27 oturan və 43 ayaq üstü sərnişin tutumuna malikdir. 100% yerli istehsal olan avtomobillər, tam alçaq döşəmə xüsusiyyəti ilə yaşlı və əlillərin rahat gediş-gəlişini təmin edir.

Bursada xidmət göstərəcək Karsan e-ATA-lar 3 saatlıq şarj müddəti ilə 450 kilometr qət edə bilir.

Günel Məlikzadə
Fins.az