AVTO

11 Mart

Avtomobil istehsalında 12% artım - TÜRKİYƏ

Türkiyə Avtomobil Sənayesi Birliyi (OSD) 2024-cü ilin ilk iki ayı üçün istehsal və ixrac rəqəmlərini və bazar məlumatlarını açıqlayıb. Buna görə ilin ilk iki ayında traktorlar xaric cəmi avtomobil istehsalı bir əvvəlki ilin eyni dövrünə görə 8% artaraq 241 min 861 ədədə çatdı. Avtomobil istehsalı 12% artaraq 151 min 14 ədəd oldu.

Fins.az xəbər verir ki, traktor istehsalı ilə birlikdə ümumi istehsal 250 min 886 ədədə çatıb. İlin ilk iki ayında ticari avtomobil istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2%, ağır ticari avtomobillər qrupunda istehsal 27% artarkən, yüngül ticari avtomobillər qrupunda istehsal 1 faiz azalıb. 

Bu dövrdə Türkiyədə avtomobil sənayesinin tutumdan istifadə nisbəti 74% oldu. Avtonəqliyyat vasitələri qrupu üzrə tutumdan istifadə göstəriciləri yüngül nəqliyyat vasitələrində (avtomobil + yüngül ticari avtomobillər) 74 faiz, yük avtomobilləri qrupunda 94 faiz, avtobus-midibus qrupunda 61 faiz, traktorda isə 72 faiz təşkil edib.

Günel Məlikzadə
Fins.az