Haqqında çox danışılan Tesla Cybertruck bu dəfə qəza ilə gündəmə gəlib. Kaliforniyanın məşhur Beverly Hills rayonunda baş verən qəzada can itkisinin olmadığı müsbət qarşılansa da, başda X platformasında baş verən uğursuz hadisə geniş işıqlandırılıb. Cybertruck daha əvvəl də yaşanan qəzalarla gündəmə gəlib.
Fins.az xəbər verir ki, ardıcıl olaraq baş verən bu hallar böyük ümidlərlə satışa çıxarılan avtomobilin nüfuzuna kölgə salır. Bu və buna bənzər hadisələrin satışlara necə təsir edəcəyini qarşıdakı dövrdə görəcəyik.
Qəza yaşayan sürücünün dostu olduğunu iddia edən jackdidthat adlı istifadəçi X, qəzanın fotosunu paylaşaraq, Elon Maskdan məsələ ilə bağlı dəstək istəyib. Fotoda otelin lövhəsinə çırpılan avtomobilin yaxşı görünmədiyini deyə bilərik. Jackdidthat zərərçəkmiş olduğunu iddia etdiyi dostu üçün yeni Cybertruck tələb etsə də, qəzada sürücünün günahının tamamilə olduğu bildirilir. Lakin hazırda nəqliyyat vasitəsi sahibinin qanuni tədbir görüb-götürməyəcəyinə əmin deyilik.
jackdidthat qəzaya parkinq xidmətçisinin səbəb olduğunu iddia etsə də, son məlumatlara görə hadisəni avtomobil sahibinin özü törədib. Bu halda internetdə böyük böhtanlara məruz qalan valet üçün də iddia açıla bilər. Elon Musk bu hadisə ilə bağlı susur. Tesla istifadəçilərinə böyük rəğbət bəslədiyini bildiyimiz Maskın açıqlaması maraqla gözlənilir.
Günel Məlikzadə
Fins.az