AVTO

27 Fevral

Xiaomi SU7 Avropada təqdim olunub

Mobil Dünya Konqresi (MWC) artıq bir müddətdir ki, avtomobillərə də ev sahibliyi edən bir sərgiyə çevrilib. Bu münasibətlə mobil dünyanın nəhənglərindən olan Xiaomi-nin ilk elektrik avtomobili olan Xiaomi SU7-nin burada avropalılara təqdim edilməsi təəccüblü deyil. Bununla belə, Xiaomi prezidenti Lu Weibing də müsahibəsində Xiaomi SU7 üçün 20 milyon premium istifadəçini hədəflədiklərini söylədi.

Fins.az xəbər verir ki, Xiaomi SU7 keçən dekabrın sonunda Çində təqdim edildi. Qiymətlə bağlı hələ heç bir açıqlama verilməyib, lakin Lu Weibing bunun çox yaxında açıqlanacağını və ikinci rübdə daxili tədarüklərin başlayacağını bildirib. Weibing həmçinin deyir ki, 10 və ya 20 ildən sonra elektrikli avtomobil bazarı bugünkü smartfon bazarına bənzəyəcək və ilk beş marka bazar payının təxminən 70 faizini təşkil edəcək.

Üç modeldə təqdim olunacaq Xiaomi SU7-nin AWD versiyası: SU7, SU7 Pro və SU7 Max, 0-100 km/saat sürəti 2,78 saniyəyə yığa və 265 km/saat maksimal sürətə çata bilir. HyperOS əməliyyat sistemi ilə işləyən avtomobil 800 km-ə qədər məsafə qət edə bilir. Şirkətdən verilən məlumata görə, 800V şarjı da dəstəkləyən avtomobil cəmi 5 dəqiqəlik şarjla 220 km (CLTC) məsafə qət edə bilir. Qiymət baxımından avtomobilin 28.000 ilə 42.000 dollar arasında olacağı gözlənilir. Xiaomi SU7-nin rəqabət aparacağı modellər Porsche Taycan, IM L6 və Tesla Model S olacaq.

Günel Məlikzadə
Fins.az