AVTO

16 Yanvar

Türkiyə xaricə neçə avtomobil satıb?

Türkiyə 2023-cü ilin 12 aylıq dövründə avtomobil ixracatında əhəmiyyətli bir performans göstərdi. Avtomobil İstehsalçıları Dərnəyinin (OSD) açıqladığı məlumatlara görə, bu dövrdə cəmi avtomobil istehsalı bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% artdı. Bəs Türkiyə xaricə nə qədər avtomobil satıb?

Fins.az xəbər verir ki, Türkiyə 2023-cü ildə xaricə 1 milyon 468 min 393 avtomobil satıb. Avtomobil istehsalı da 18% artaraq 952 min 667 ədəd oldu. Traktor istehsalı daxil edilərkən ümumi istehsal 1 milyon 525 min 963 ədədə çatdı.

Ticarət vasitələrinin istehsalında əvvəlki ilin eyni dövrü ilə müqayisədə  5% azalma qeydə alınıb. Yüngül ticari avtomobillər qrupunda oxşar 7 faiz azalma görürük. Digər tərəfdən, ağır ticari vasitə qrupunda istehsal 16% artdı.

Günel Məlikzadə
Fins.az