AVTO

24 Noyabr

Zavodda ikinci əl Citroen, Fiat, Jeep, Alfa Romeo, Opel, Peugeot dövrü başlayır!

Həm Türkiyədə, həm də dünyada artan ehtiyat hissələri və avtomobil qiymətlərinin təsiri ilə markalar ikinci əl avtomobillərə doğru addımlar atmağa başlayıb. Bu çərçivədə, Fransız istehsalçısı Renault-dan sonra Steallantis Group, ikinci əl avtomobil satışı üçün yeni bir sistem hazırladı. 

Fins.az avtomobil jurnalisti Emre Özpeynircinin xəbərinə istinadən xəbər verir ki, Fransız Renault markasının "Refactory" sistemindən təsirlənən Stellantis Group " SUSTAINera " adlı layihələri ilə ikinci əl avtomobil və ehtiyat hissələri dövrü yaratmağı planlaşdırır . Renault-nun “Refactory” sistemi ilə müqayisədə işin ölçüsünün bir qədər artdığını deyə bilərik.

Müvafiq olaraq, Opel, Jeep, Alfa Romeo, Peugeot, Fiat, Citroen kimi markaların sahibi olan Stellantis Group, Turindəki 73 min m2 Mirafiori obyektini 40 milyon Avro investisiya ilə SUSTAINera adlı dairəvi iqtisadiyyat mərkəzinə çevirir. Bu yeni mərkəzdə marka yenidən istehsal, təmir, təkrar istifadə və təkrar emal başlıqları altında öz strategiyasını həyata keçirəcək.

Sistem 4 mərhələdə işləyir. İlk növbədə mexaniki adlandırıla bilən akkumulyator, mühərrik, transmissiya və s. fabrikə gələcək. Daha sonra bu hissələr zavod mühitində nəzarətli və standart şəkildə sökülərək təmizlənəcək və onların problemləri müəyyən ediləcək. Hissənin vəziyyətindən asılı olaraq yenidən istehsal və ya təmir prosesi zavod standartlarında həyata keçiriləcək.

Günel Məlikzadə
Fins.az