Rekord rüblük maliyyə nəticələrindən sonra Toyota zəif yen, güclü qlobal avtomobil tələbi və təchizat zəncirlərinin yaxşılaşması ilə əlaqədar əməliyyat mənfəəti proqnozunu 50 faiz artırıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, şirkətin verdiyi açıqlamada, əməliyyat mənfəətinin mart ayına qədər maliyyə ilində 4,5 trilyon yenaya (29,7 milyard dollar) çatacağı proqnozlaşdırılıb. Bu istiqamətdə əvvəlki qiymətləndirmə 3 trilyon yen (19,8 milyard dollar) idi.
Şirkət proqnozlarını yuxarıya doğru dəyişsə də, səhmləri geri almaq qərarını da açıqlayıb. Müvafiq olaraq, şirkət 100 milyard yen (660 milyon dollar) və ya 0,44 faizlik səhmləri geri almağı planlaşdırdığını açıqlayıb.
Toyota qrupu, aprel-sentyabr dövründə 5,6 milyon avtomobil sataraq, maliyyə ili üçün təyin etdiyi 11,4 milyon ədəd hədəfinə uyğun nəticələr əldə edərkən, dünyanın 1 nömrəli avtomobil istehsalçısı olmağa davam edib.
CLSA Securities Japan Co. Baş analitik Kristofer Rixter Toyota-nın yuxarıya doğru düzəlişini şərh edib: "Bu, gözlədiyimizdən çox böyük bir nəticədir. Üç illik pandemiyadan və çip darboğazından sonra avtomobil bazarında bərpa olunub".
Günel Məlikzadə
Fins.az