AVTO

25 Oktyabr

Porsche əməliyyat mənfəətini 5,5 milyard avroya çatdırıb

Porsche bu ilin yanvar-sentyabr ayları üçün maliyyə nəticələrini açıqlayıb.

Fins.az xəbər verir ki, lüks avtomobil istehsalçısının satışları yanvar-sentyabr dövründə keçən ilin eyni dövrünə görə 12,1% artaraq 30,1 milyard avroya çatıb.

Şirkətin əməliyyat mənfəəti 9 faiz artaraq 5,5 milyard avroya çatıb.

Sözügedən dövrdə şirkətin mənfəət marjası (mənfəətin dövriyyəyə nisbəti) 18,3 faiz təşkil edib. Mənfəət marjası keçən ilki 18,9 faiz səviyyəsindən bir qədər aşağıda qalsa da , hədəflənən 17-19 faiz aralığında olub.

Şimali Amerika və Avropada güclü tələbat şirkətin Çin bazarına satış itkisini kompensasiya edib. Sözügedən dövrdə Çində satışlarda 12% azalma olub.

Alman şirkətinin tam elektrikli Taycan idman avtomobilinin tədarükləri də 11% artaraq 27 min 885 ədədə çatıb.

Porsche Baş Maliyyə Direktoru (CFO) Lutz Meschke məlumatların qiymətləndirilməsində Porsche-nin yüksək tələb və qiymət təsirlərindən faydalandığını söyləyib.

 

Günel Məlikzadə
Fins.az