Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) 13 min işçisinin sentyabrın 15-də Missuri, Miçiqan və Ohayo ştatlarında Ford, General Motors (GM) və Stellantis fabriklərində başlatdığı tarixi tətil ilk ayına yaxınlaşıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu prosesdə avtomobil istehsalçıları ilə yeni müqavilə ilə bağlı apardıqları danışıqlarda irəliləyiş əldə olunmayıb. Danışıqlarda hələ də razılıq əldə edilmədiyi üçün işçilər təzyiqi artıraraq tədricən tətillərini genişləndirib.
Həftənin əvvəlində həmkarlar ittifaqı üzvü olan təxminən 4 min işçi İsveçin Volvo Qrupunun törəmə şirkəti olan Mack Trucks-ın Pensilvaniya, Merilend və Floridadakı fabriklərində tətil etmək qərarına gəldiklərini açıqlayıb. Mack Trucks işçilərinin iştirakı ilə 22 əyalətdə tətil edən həmkarlar ittifaqı işçilərinin ümumi sayı 30 mini keçib.
Günel Məlikzadə
Fins.az