AVTO

03 Oktyabr

ABŞ-da avtomobil işçilərinin tətili 4 milyard dollara başa gəlib

Miçiqanda yerləşən iqtisadi konsaltinq şirkəti Anderson Economic Group, (AEG) UAW işçilərinin General Motors (GM), Ford Motor və Stellantis-ə qarşı təşkil etdiyi "Stand Up" tətilinin son təhlilini paylaşıb.

Fins.az xəbər verir ki, AEG-nin açıqlamasında, tətilin ilk 2 həftədə 325 milyon dollar birbaşa maaş itkisi, 1,12 milyard dollar istehsalçı itkisi, 1,29 milyard dollarlıq iqtisadi itki ilə nəticələndiyi təxmin edildiyi ifadə edilib. Tədarükçü itkiləri və 1,2 milyard dollarlıq diler itkisi istehsalçı itkilərindən ibarət olduğu bildirilib.

Açıqlamada bu rəqəmlərə tətilin üçüncü həftəsi olan 29 sentyabrdan sonra fabriklərin bağlanması, tətillərin genişləndirilməsi və ya işdən çıxarılmaların daxil olmadığı qeyd olunub. Bu amillərin üçüncü və sonrakı həftələr üçün hesablamalara daxil ediləcəyi bildirilib.

Açıqlamada tətilin ikinci həftəsinin birinci ilə müqayisədə daha çox itkiyə səbəb olduğu, üçüncü həftənin isə Ford üçün əhəmiyyətli dərəcədə daha baha başa gələcəyinin proqnozlaşdırıldığı qeyd edilib.
Günel Məlikzadə
Fins.az