Porsche 911 GT3 R-nin o qədər gücə malik olan versiyasını təqdim edib ki, FIA qaydalarına əsasən onun yollara çıxması və hətta yarışması qadağan olunub.
911 GT3 ciddi qaydaların müəyyən edildiyi Le Mans və ya Daytona 24 kimi FIA və ya IMSA yarışlarında yarışmaq üçün xüsusi olaraq hazırlanıb.
Fins.az xəbər verir ki, avtomobilin yalnız kapotu və damı GT3 R ilə eynidir. Bütün digər hissələr yarış avtomobillərindən fərqlidir. Güzgülərin belə çıxarıldığı model, kabinədəki monitorla izlənilə bilən 3 kameralı sistemə malikdir.
Avtomobil daxili məkanın çox hissəsini əhatə edən yuvarlanan qəfəsə görə bir nəfər üçün nəzərdə tutulub.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) güc qaydalarına uyğun gəlməyən bu xüsusi model 611 at gücünə malikdir. E25 bioetonol və eFuel ilə işləmək üçün xüsusi olaraq sazlanıb.
GT3 R Rennsport mühərriki üçün xüsusi olaraq hazırlanmış porşenlər və eksantrik valları xüsusilə E25 yanacaqları ilə daha yüksək performans təmin edir. Bununla belə, istəsəniz, mühərrik adi yanacaqla da işləyə bilər.
Dizaynın ən diqqət çəkən hissələrindən biri arxa tərəfdəki nəhəng qanaddır. Bu dizayn Porsche-ni 1978-ci ildə Daytona 24 Saat yarışında yeddinci ümumi qələbəsini qazanan əfsanəvi Brumos Porsche 935/77-yə işarədir.
Qiyməti 1 milyon dollar olan model cəmi 77 ədəd istehsal olunacaq.
Günel Məlikzadə
Fins.az