AVTO

26 Sentyabr

Nissan 2030-cu ildə Avropada yalnız elektrikli avtomobil satacaq

Nissan-ın CEO-su Uchida Makoto açıqlamasında elektrikli avtomobillərə (EA) artan tendensiyanın "son həll yolu olduğunu, geri dönüş olmadığını" söyləyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,  baş direktor Uchida bildirib:

"EA mobillik üçün ən yaxşı həlldir. Bir milyondan çox müştəri bizim səyahətimizə qoşulub və Nissan elektrik avtomobilinin sevincini yaşayıb".

Yokohamada yerləşən Nissan, 2030-cu ilə qədər Avropa qitəsində satışa çıxarılan bütün yeni model avtomobilləri tam elektriklə təchiz edəcəyini açıqlayıb.

Nissan daha əvvəl 2030-cu ilə qədər qlobal məhsul çeşidini 19-u tam elektrik olmaqla 27 yeni elektrik modeli ilə genişləndirməyi hədəflədiyini açıqlamışdı.

Günel Məlikzadə
Fins.az