Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatına görə, iyul ayında ölkədə 2 milyon 400 min avtomobil istehsal edilib, 2 milyon 390 min avtomobil satılıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ölkədə avtomobil istehsalı illik bazda 2,2%, satışlar isə 1,4% azalıb.
Avtomobil istehsalı ilk 7 ayda bir əvvəlki ilin eyni dövrünə görə 7,4% artaraq 15 milyon 650 minə, satışlar isə 7,9% artaraq 15 milyon 630 minə çatdı.
İlk 6 ayda istehsal 9,3 %, satış isə 9,8 % artıb.
Zəminə Hüseyn
Fins.az