Volkswagen şirkəti məhdud saylı tirajla buraxılacaq Golf R 333 hetçbekini təqdim edib.
Fins.az xəbər verir ki, Almaniyada Golf R 333 modelinin satış qiyməti 76 min avrodan başlayır ki, bu da adi Golf R Performance modeli üçün tələb olunandaan təxminən 20 min avro çoxdur.
Texniki cəhətdən Vokswagen Golf R 333 Limited Edition modeli Almaniyada qiyməti 58 min avrodan başlayan Golf R Performance hetçbeki ilə eynidir.
Golf R 333 modelində olan mühərrik hətta qismən yükləndikdə belə turbokompressorun sabit dövrələrini saxlayır və əgər qaz pedalı sürətlə buraxılarsa belə, drossel çəpərciyi açıq qalır.
Lakin avtomobilin rəng sxemi unikaldır - kuzovun yeni Lime Yellow “metallik” rəngi qara dam örtüyü və “333” rəqəmi olan stikerlər ilə birləşdirilib.


