AVTO

02 İyun

Porsche öz loqotipini yeniləyib

İlk Porsche avtomobilinin 75 illik yubileyini qeyd edən alman şirkəti öz loqotipini yeniləyib. 

Fins.az xəbər verir ki, əvvəlki ilə müqayisədə, yeni emblemin səthinin relyefi dəyişdirilib, şahə qalxan ayğır yenidən çəkilib, şəhərin adı isə qara rənglə vurğulanıb.

Əmtəə avtomobillərində belə loqotiplər bu ilin sonuna kimi görünəcəklər. Porsche emblemi 1952-ci ildə peyda olub və o vaxtdan bəri demək olar ki, dəyişməyib: 1954, 1963, 1973, 1994 və 2008-ci illərdə də eyni şəkildə xırda təkmilləşdirmələr edilib.