“Toyota Prius avtomobilinin Azərbaycan bazarında 2008-2012-ci illərinin təxminən ortalama bazar qiyməti cəmi 17,596 manat təşkil edib.
Fins.az xəbər verir ki, “Toyota Prius”un 2008-ci il üzrə istehsalının təxminən ortalama qiyməti 14,120 manat, 2009-cu ildə 15,800 manat, 2010-cu ildə 18,000 manat, 2011-ci ildə 19,760 manat və 2012-ci ildə 20,300 manat arasında dəyişib.
Qeyd edək ki, Yaponiyanın “Toyota” şirkətinin istehsal etdiyi “Prius” modeli dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilən “Prius”un ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif minik nəqliyyatı qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır. “Prius” satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 81,36 ədəddən 2005-ci ildə 18,886 ədədə çatıb.
Fuad Mədətov
Sirac Qayıbov
Fins.az