AVTO

28 Mart

CMA platformasına əsaslanan ən böyük model debüt edib - FOTO

CMA (Compact Modular Architecture) platforması ilkin olaraq Volvo tərəfindən kiçik avtomobillər üçün hazırlanmışdı: 2016-cı ildə debüt etmiş Lynk Co 01 krossoveri onun üzərində inşa edilən ilk model olmuşdu. Lakin sonradan bu “arabanı” daha böyük və daha güclü avtomobillər üçün istifadə etməyə başladılar. Məsələn, bu yaxınlarda debüt etmiş Geely Monjaro krossoverinin əsasında məhz CMA arxitekturası dayanır. İndi isə, bu platformaya əsaslanan daha böyük model peyda olub – bu, təkmilləşdirilmiş CMA 2.0 platformasında inşa edilmiş Lynk Co 08 krossoveridir.

Fins.az xəbər verir ki, bu artıq yığcam avtomobil deyil: onun uzunluğu 4820, eni - 1915, hündürlüyü isə- 1685 millimetrdir. Təkər bazasının ölçüsü 2848 millimetrdir. Yəni 08 krossoveri Changan Uni-K və ya BYD Tang modellərinin sinif yoldaşıdır. Daha məşhur avtomobillərə gəldikdə isə, onu Nissan Murano ilə müqayisə etmək olar. Eyni zamanda, Lynk Co 08 çərçivəsiz qapılara və bir çox maraqlı dizayn həllərinə malikdir.

Bu stil ilk dəfə keçən il nümayiş etdirilmiş The Next Day konseptində tətbiq olunmuşdu . Yuxarı qaldırılmış gündüz hərəkət işıqları olan ön optikanın firma arxitekturası qorunub saxlanılıb, lakin dəyişikliklərə məruz qalıb: LED xətlər h-formalı bloklarda birləşdirilib və demək olar ki, ön şüşəyə qədər uzanırlar. Mərkəzi hissə isə 32 LED-dən ibarətdir və cibində açarı olan sahibi avtomobilə yaxınlaşdıqda avtomatik aktivləşir. 21-düymlük təkər diskləri standartdır, çərçivəsiz güzgü dayaqlarıı qapılardakı dekor ilə birləşdirilib.

Salondakı ön panel iki ekranlı (cihazlar paneli üçün 12,3 düym və media sistemi üçün 15,4 düym) müasir üslubda hazırlanıb. Təsviri avtomobilin on metr qarşısında “asılan” proyeksiya displeyi də mövcuddur. Lynk Co 08 modeli Meizu (Çin smartfon istehsalçısı) şirkətinin Flyme Auto əməliyyat sistemini alan ilk avtomobildir.

Daxili qapı tutacaqları üzlükdəki gizli çıxıntılar şəklində hazırlanır, elektromaqnitik qıfılların kilidinin açılmasına isə quraşdırılmış düymələr cavabdehdir. Transmissiyanın idarə edilməsinə sağ sükanaltı dəstək məsuldur. Təchizata panoram dam (açılan bölməsi olmayan) və 23 dinamikə malik olan Harman Kardon səs sistemi daxildir. Xüsusi olaraq 08 modeli üçün yeni müşayiətedici və xəbərdarlıq səsləri dəsti yaradılıb (dönmə siqnalları, bağlanmamış təhlükəsizlik kəməri və s.).

Ancaq texniki hissə haqqında məlumat çox azdır. Yalnız Lynk Co 08 modelinin Lynk E-Motive ailəsindən olan yeni elektrik mühərrikini almış təkrar doldurulan hibrid olacağı bildirilir. Geely holdinqinin digər markaları da yeni elektrik mühərrikinin müxtəlif variantlarından istifadə edirlər. Kapotun altında 1,5-litrlik benzin turbomühərriki və elektrmotor yerləşəcəkdir. Arxa asqı çoxqolludur.

Yeni krossoverin ilk kütləvi nümayişi aprel ayında keçiriləcək Şanxay avtosalonunda baş tutacaqdır. Model barədə ətraflı məlumat təqdimat zamanı veriləcəkdir. Lynk Co 08 modeli Çin bazarında yayda satışa çıxmalıdır.

©autograph