AVTO

15 Mart

Kia flaqman elektrik krossoverini nümayiş etdirib - FOTO

Kia şirkəti üç cərgəli EV9 elektrik krossoverini təqdim edib. Hələlik yeniliyin yalnız bəzi təfərrüatları açıqlanıb: Koreya istehsalçısı eksteryer və interyerin şəkillərini dərc edərək, bəzi təfərrüatları açıqlayıb.

Fins.az xəbər verir, beləliklə, EV9 irəli çıxan qapı tutacaqlarını, mürəkkəb LED optikanı, üçekranlı rəqəmsal kokpiti və transformasiya edilən salonu alıb. Məsələn, sərnişinlər arasında daha rahat ünsiyyəti təmin etmək üçün, ikinci cərgənin oturacaqlarını 180 dərəcə döndərmək olar.

Kia EV9 elektrik krossoverinin texniki hissəsi barədə məlumat verilməyib. O, uzadılmış E-GMP platformasında inşa edilib, üç oturacaq cərgəsinə və futuristik görünüşə malikdir. Krossover Opposites United dizayn fəlsəfəsini EV6 elektrokarından götürüb və onu kobud çoxbucaqlı üslubla birləşdirib.

Ön hissə əvvəlki kimi Digital Tiger Face adlanır. O, unikal işıqlandırma imzasını yaradan Digital Pattern Lighting Grille barmaqlığından, şaquli fənərlərdən və Star Map LED gündüz hərəkət işıqlarından ibarətdir.

Batırılmış tutcaqları olan qapıların arxasında altı və ya yeddi oturacaq quraşdırılmış geniş salon gizlənir. Birinci və ikinci cərgədə əyləşən sərnişinlər uzun müddətli parklama zamanı, məsələn, avtomobilin doldurulması zamanı, oturacaqlarını eyni vaxtda arxaya aça bilərlər.

Bundan əlavə, ikinci sıradakı fərdi oturacaqlar giriş asanlığını təin etmək üçün qapıya doğru çevrilir və üçüncü cərgədəkilər ilə ünsiyyəti asanlaşdırmaq üçün 180 dərəcə dönürlər. Özü də hətta üçüncü cərgədə, qadcetləri doldurmaq üçün bağlayıcılar, habelə stəkanaltılar var.
Ön paneldə üç displeydən ibarət rəqəmsal klaster yerləşir: o, özündə iki 12,3-düymlük displeyi və onların arasında yerləşdirilmiş beş düymlük displeyi cəmləşdirir. Bu displey vasitəsi ilə iqlimə nəzarət sistemini və isitmə funksiyalarını idarə etmək olar, ona görə də fiziki düymələrin sayı minimumdur.

Mərkəzi konsolun üzərində temperaturu seçmək üçün düymələr, multimedianı yandırıb/söndürmək üçün açar və səs səviyyəsinə nəzarət düyməsi var. Genişformatlı panelin düz altında start-stop sistemini söndürmək, oturacaqların havalandırmasını işə salmaq və sairə üçün gizli sensorlu düymələr var.

Böyük elektrik krossoverinin tamölçülü təqdimatı mart ayının sonunda keçirilməlidir. O zaman bütün təfərrüatlar və yəqin ki, əsas bazarlardakı satış qiyməti açıqlanacaqdır. Qeyri-rəsmi məlumata görə, EV9 baza versiyası 200 at qüvvəli elektrik güc qurğusunu alacaq və enerji doldurmadan 350 kilometr məsafə qət edə biləcəkdir. Krossover top versiyasə 400 at qüvvəli sistemi əldə edəcək, ona görə də o, ən dinamik versiya olacaqdır: 100 km/saata həddini toplamaq 5,2 saniyə çəkəcəkdir.

©autograph