AVTO

17 Avqust

Azərbaycanda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

Məlumata görə, hərracda özəlləşdirilən 17 müxtəlif markalı və təyinatlı nəqliyyat vasitəsinə ümumilikdə 76 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (//bit.ly/3KcwByx)

Növbəti hərraclar 23 və 30 avqust tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 72 nəqliyyat vasitəsi çıxarılıb.

© report