Ən böyük elektrikli avtomobil bazarı olan Çində satışların artan tələblə bu il yeni rekordlar qıracağı gözlənilir
"Fins.az" xəbər verir ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyası (PCA) 2022-ci il üçün elektrikli avtomobil satış proqnozunu 5,5 milyondan 6 milyona qədər yenidən nəzərdən keçirib.
PCA məlumatlarına görə, elektrikli nəqliyyat vasitələrinin satışı iyul ayında iki dəfə artaraq 486 minə çatıb və yeni avtomobil bazarının 26,7 faizini təşkil edib. Ümumi satışlar isə illik müqayisədə 20 faiz artaraq 1,84 milyona çatıb.
Elektrikli avtomobil satışı keçən il 2,99 milyon olub. PCA bəyanatında o, 6 milyon gözləntisinin "nisbətən ehtiyatlı" bir təxmin olduğunu və satışların son rübdə daha da arta biləcəyini bildirib.