AVTO

04 Avqust

Toyota-nın mühafizəkar proqnozu investorlarını təəccübləndirdi

Toyota bu maliyyə ili üçün mənfəət proqnozunu 2,4 trilyon yen səviyyəsində saxlayıb ki, bu da analitiklərin orta hesabladıqları 3,3 trilyon yen səviyyəsindən aşağıdır.

"Fins.az" xəbər verir ki, bu fərqin avtomobil nəhənginin iyunun əvvəlindən 130 yen üzərində olan dollar/yen paritetini 115 olaraq proqnozlaşdırması ilə bağlı olduğu düşünülür.

Toyota, 2022-ci il üçün mənfəət proqnozunu qoruyarkən, hissələrin tədarükü problemi, artan xammal xərcləri və Çindəki vəziyyətin pisləşməsi səbəbindən avtomobil istehsalı ilə bağlı narahatlıqlarına diqqəti cəlb edib.

Toyota səhmləri, mart ayında başlayan maliyyə ili üçün əməliyyat mənfəəti proqnozunu 2,4 trilyon yen (18 milyard dollar) səviyyəsində saxlayıb. Analitiklərin median proqnozu dünyanın ən böyük avtomobil istehsalçısının 3,3 trilyon yen gəlir əldə etməsi idi.

Bildirilir ki, “Toyota” ilə analitiklərin mənfəət proqnozları arasındakı fərq, şirkətin bu maliyyə ili üçün dollar/yen paritetini daha əvvəl 115 səviyyəsində müəyyən etməsi ilə bağlıdır.

Mənfəətin Yaponiya avtomobil nəhənginin proqnozlaşdırdığı səviyyədən aşağı olacağı gözlənilsə də, yen iyunun əvvəlindən 130 yen və ya daha çox ticarət edib və nəticədə daxili gəlirlər yüksəlib. Toyota dollar/yen paritet proqnozunu 130-a qədər yeniləyib.

Müəllif:Aynur Qəniyeva