AVTO

02 Avqust

Qafqaz Motor-Şou 2022 işini başa vurub

Təhlükəsizlik, Ekologiya, Zövq. Məhz bu deviz altında 29-31 iyul tarixlərində Qəbələ şəhərində Azərbaycan  Avtomobil  Dilerləri Asossasiasının (AADA ) ənənəvi  “Qafqaz Motor Şou” avtomobil sərgisi  təşkil edilib.

"Fins.az" xəbər verir ki, bu barədə  Azərbaycan  Avtomobil  Dilerləri Asossasiası məlumat yayımlayıb.

Məlumata görə, Azərbaycan Avtomobil  Federasiyasının (AAF) təşkilati dəstəyi ilə baş tutan “Qafqaz Motor Şou” da ölkəmizdə fəaliyyət göstərən rəsmi dilerlərin təqdim etdiyi avtomobil markaları iştirak edib. 

 Sərgi çərçivəsində keçirlən forumun ilk tədbiri «Təhlükəsizlik ,  Ekologiya, Zövq» mövzusunda konfransında ,ekoloji təmiz avtomobillərin təşviqinin gücləndirliməsi üçün rəsmi avtomobil idxalçıları, media və dövlət qurumları tərəfindən hansı addımlar atılması ilə bağlı müzakirələr aparılıb.Forumda çıxış edən  AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyevin giriş sözündən sonra konfrans iştirakçılarının ,ekoloji təmiz avtomobillərin təşviqinin gücləndirliməsi üçün rəsmi avtomobil idxalçıları, media və dövlət qurumları tərəfindən hansı addımlar atılması ilə bağlı təkliflərinin səslənməsinə şərait yaradıb. 

Konfransın gedişində Qəbələ yaxınlığında, Dəmiraparan çayının vadisində sərginin digər iştirakçıları - «Club 4X4» üzvləri inanılmaz «off-road» şousu ilə yerli əhalini və turistləri heyrətləndirə bilib.İştirakçı sürücülər insan ayağı dəyməyən yerləri avtomobillə fəth etməyə qadir olduqlarını öz şouları ilə dəfələrlə sübut ediblər. 

Daha sonra «Vintage Garage» klubunun üzvləri yaşı 60-dan çox olan avtomobilərlə Qəbələ şəhərinin ən populyar otellərinin ərazisində keçən effektli yürüş gerçəkləşdirib.     

Sərginin açılış mərasimində AADA sədri Natiq Zərbəliyev qonaqları salamlayaraq motor-şou iştirakçılarını təqdim edib.  Qeyd edək ki, əvvəlki illərlə müqayisədə bu il iştirakçıların sayı artraq,20 avtomobil markasına mənsub 30 dan çox tam yeni model ziyarətçilərə təqdim edilib. Ən lüks seqmentdə olan avtomobildən büdcə avtobilinə qədər istənilən sinfli avtomobillər sərginin müxtəlifliyini təmin etmiş olub. Bu forumda nümayiş etdirilən elektrik və hibrid avtomobillər izləyicilər tərəfindən xüsusi marağa səbəb olub. 

Növbəti gün sərgi çərçivəsində təşkil olunan  kartinq yarışının qalibi Cahan Motorsun direktoru Adil Axundov olub. Daha sonra təşkilarçılar və tərəfdaşların nümayəndələrinin iştirakı ilə baş tutan növbəti yarışda  AADA sədri Natiq Zərbəliyev qalib gəlib. 

Sərginin son günü saat 20:00-a qədər avtomobil nümayişləri davam etdi. Daha sonra iştirakçılara xüsusi nominasiyalar üzrə diplomlar və  iştirakçı şirkətlər,tərəfdaşlar tərəfindən təqdim edilən 300 dən çox hədiyyə xüsusi viktorinalar vasitəsiə  ziyarətçilərə təqdim edilib.

Sərginin rəngarəng keçməsinə  “Regional İnkiaşaf İctimai Birliyi”nin üzvlərinində əməyi olub.«Qafqaz Motor Şou» sərgisini ənənəvi olaraq “Dervish Band” musiqi qrupu müşayət edib.