Mercedes-Benz-in Rusiyadakı rəsmi nümayəndəsi olan Mercedes-Benz Rus şirkəti 2004-2014-cü illər ərzində satılmış GL (tip 164), ML (tip 164), R-Class (tip 251) markalı 38 252 avtomobili geri çağırıb.
"Fins.az" xəbər verir ki, vakuum əyləc gücləndiricisinin gövdə qovşaqlarında proqressiv korroziya nəticəsində nasazlığı səbəbindən avtomobillər geri çağırılır. Aydınlaşdırılır ki, bu nasazlıq "vakuum əyləc gücləndiricisində sızma ilə nəticələnə bilər ki, bu da əyləc gücünü azalda bilər". Federal agentliyin açıqlamasında bütün avtomobillərin vakuum əyləc gücləndiricisi yoxlanılacaq və lazım gələrsə dəyişdiriləcək.
Rosstandart bildirib ki, geri çağırılan avtomobillərin bütün sahibləri təmir işləri üçün avtomobili ən yaxın dilerlərə gətirmək zərurəti barədə məlumatlandırılacaqlar.