Azərbaycana köhnə avtomobillərin gətirilməsi və istifadəsi məhdudlaşdırılacaq. Bu barədə “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunub.
Bildirilib ki, 2022-2026-cı illər ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqini və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.
Yeni tətbiq ediləcək qaydaların Azərbaycanın avtomobil bazarına təsilərini şərh edən avtomobil üzrə ekpert Azər Abıyev "Fins.az" bildirib ki, bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır.
Azər Abıyev yeni tətbiq ediləcək qaydalardan sonra bazarda tələb və təklifin formalaşma mexanizminin necə dəyişməsinə də toxunaraq "Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir. Qısası tələb və təklif müasir qaydaya uyğunlaşacaq,"-deyə fikirlərini tamamlayıb.
Müəllif: Aynur Qəniyeva