İlon Mask “Tesla”nın elektrikli pikapının istehsalına 2023-cü ilin ortalarında başlanacağını vəd edib.
İnvestorlarla telefon danışığı zamanı o, bildirib ki, “Cybertruck”ın istehsalına 2023-cü ilin yayından tez olmayaraq başlanılacaq. Mask elektriklə işləyən pikapı yaxşı avtomobil hesab etdiyini də vurğulayıb.
Qeyd edək ki, 500 mil məsafə qət edə bilən tam ötürücülü “Tesla Cybertruck” hələ 2019-cu ilin noyabrında elan edilib. Mask dəfələrlə avtomobilin istehsalının çətinliklərlə dolu olduğunu bəyan edib.
Mənbə: lenta.ru