AVTO

19 İyul

“General Motors” izlənilməyə razılaşan alıcılarına endirim edəcək

“General Motors” “Cadillac Lyriq” elektromobilinin erkən alıcılarına 5500 dollar endirim təklif edir.

Endirimi əldə etmək üçün onlar məlumatların məxfiliyinə dair müqavilə imzalamalı və şirkətə elektormobildən istifadə zamanı sürücünün davranışını izləməyə icazə verməlidirlər.

Beləliklə, sənədləri imzalayan “Lyriq” sahibləri elektrik krossover sahibi olmanın təəssüratlarını heç kimlə bölüşə bilməyəcəklər.

Qeyd edək ki, “Lyriq” “Cadillac”ın ilk tam elektrikli avtomobilidir.

2030-cu ilə qədər brend tamamilə elektromobillərə keçməyi planlaşdırır.

Mənbə: motor.ru