İnternetdə BYD Han adlı şirkətin avtomobilinin fotosu ortaya çıxıb. Lakin fotonun maraqlı tərəfi ondan ibarətdir ki, sözügedən avtomobil Xiaomi şirkətinin avtopilot sistemi ilə təchiz olunub. Bu avtomobil hal hazırda avtomobil yollarında testlərdən keçir. Xiaomi şirkətini elektromobil sahəsinə daxil olduğu hələ keçən ilin mart ayında anons edilmişdi. Şirkət öz elektromobillərinin hazırlanması və istehsalı üçün nəzərdə tutulmuş Xiaomi Automobile şirkətini təsis etmiş və onun büdcəsinə 1.57 milyard dollar vəsait yatırmışdı. Məlumat verilmişdi ki, Xiaomi şirkətinin elektromobili tamamilə elektrikli güc qurğusunu əldə edəcək.
Şirkət elektromobillərin 2024-cü ilin birinci rübündə satışa çıxartmağı planlaşdırır. İnternetdə ortaya çıxmış foto isə onu təsdiq edir ki, Xiaomi addım-addım öz hədəfinə doğru irəliləyir. Çox güman ki, Xiaomi öz elektromobillərində reallaşdırılacaq avtopilot sistemini məhz BYD Han şirkətinin avtomobilində test edir. Fotosu ortaya çıxmış avtomobil BYD Han şirkətinin hibrid avtomobilidir. Onun yuxarı hissəsində çoxlu sayda sensordan və LiDAR skanerdən ibarət böyük ölçülü qurğu yerləşdirilib. Həmin qurğu çox güman ki, avtomobilin avtopilot sisteminin əsasını təşkil edir.