Pilotsuz kruiz taksiləri San-Fransiskoda bir neçə saatlıq nəqliyyatın hərəkətini iflic ediblər.
Bu barədə “TechCrunch” məlumat yayıb. Problemə diqqət çəkən Reddit istifadəçilərinin dediyinə görə, ondan çox özü idarə olunan avtomobil şəhərdə təcili dayandırılıb. Naməlum problem səbəbindən Qof və Fulton küçələrinin kəsişməsində nəqliyyatın hərəkəti bir neçə saat iflic olub. Operatorun mütəxəssisləri yolun hərəkət hissəsini avtomobillərdən əllə təmizləməli olublar.