BMW şirkəti Bavariya brendinin ilk kütləvi istehsalı olan elektrik avtomobili i3-ün istehsalını dayandıracaq. Əvvəlcə hetçbeklərin istehsalının 2024-cü ilə qədər davam edəcəyi planlaşdırılsa da, indi sonuncu avtomobillərin 2022-ci ilin iyulunda Leypsiq zavodunun konveyer xəttindən çıxacağı bildirilir.
Fins.az xəbər verir ki, BMW nümayəndələri bu məlumatı “Autocar”-a təsdiqləyiblər. Bildirilir ki, zavodda BMW i3-ün istehsalı başa çatdıqdan sonra onlar yeni nəsil elektromobil olacaq “MINI Countryman” krossoverinin yığılmasına başlayacaqlar. Leypsiqdəki zavodda modelin istehsal olunduğu səkkiz il ərzində 250 min elektrik avtomobili yığılıb.