AVTO

21 İyun

Elektronika satışında uğursuz olan Optimal Electronics təkər biznesinə keçdi-2 MİLYONLUQ ALIŞ

Azərbaycanın avtomobil şinləri bazarına yeni oyunçu daxil olub.

"Fins.az" xəbər verir ki,  elektronika satışı ilə bağlı ixtisaslaşan “Optimal Electronics” tanınmış markaların istehsal olan avtomobil şinlərinin ölkəyə idxalı ilə məşğul olan “Təkərstore” şirkətini 2 milyon manata satın alıb.

Qeyd edək ki, artıq «Optimal»ın bütün mağazalarında avtomobil təkərlərinin də satışı başlayıb.