AVTO

16 İyun

Elektomobillərin şarjı üçün dünyada ilk robot yaradıldı - VİDEO

Amerikanın “EV Safe Charge” şirkəti elektriklə işləyən avtomobilləri enerji ilə doldurmaq üçün dünyada ilk mobil robot yaradıb.

Bu barədə istehsalçının saytında məlumat verilib.

Yeni robot “ZiGGY” adlanır.

Platforma müxtəlif yerlərdə - dayanacaqda, ticarət mərkəzində, oteldə və ya evdə elektromobili şarj etmək üçün istifadə oluna bilər.

Elektromobil sahibləri mobil tətbiq vasitəsilə robota zəng edə bilərlər.

Texnologiyanın kütləvi istehsalı 2023-cü ilə planlaşdırılır.