AVTO

10 İyun

Toyota-nın ən böyük tədarükçüsü 3 milyard dollarlıq çip istehsalı bölməsini satır

Dünyanın ən böyük çip istehsalçılarındanToyota-nın ən böyük tədarükçülərindən biri olan Denso, təxminən 420 milyard yen (3,1 milyard dollar) satışı olan çip bölmələrini satmağı düşünür.

"Fins.az" xəbər verir ki, şirkətin texniki direktoru Yosifumi Kato yarımkeçirici qurğunun ayrılması vaxtının müzakirə ediləcəyini bildirib və "Belə bir yenidən strukturlaşdırmanın mümkün olub-olmamasına baxırıq" -deyə əlavə edib. 

Karo qeyd edib ki, hazırda daxili tələbatın ödənilməsinə diqqət yetirirlər.

Denso səhmləri cümə günü Tokio ticarətində əvvəlki itkiləri kompensasiya edərək 2,4% artırıb.

Pandemiyanın başladığı 2020-ci ildə karantinlər səbəbindən istehlakçı elektronikasına tələbatın artması bir çox sektorda, xüsusən də avtomobildə çip böhranına səbəb olub. Toyota kimi aparıcı avtomobil istehsalçıları istehsallarını dayandırmalı oldular, bu da çip istehsalçılarının avtomobil sənayesindən uzaqlaşmasına səbəb olub.