AVTO

07 İyun

“Lamborghini”nin yubiley modeli Azərbaycana göndəriləcək – FOTO

“Lamborghini” şirkəti “Urus” krossoverinin 20 000-ci nüsxəsini buraxdı.

"Fins.az" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bənövşəyi rəngli "Viola Mithras", qara əyləc kaliperləri və panoramik damı olan krossover Azərbaycana göndəriləcək.
Avtomobil 650 at gücünə və 850 Nm fırlanma anına malik standart V8 4.0 biturbo mühərriki və ANIMA idarəetmə rejimi ilə təchiz edilib. "Urus" saatda yüz kilometrə 3,6 saniyəyə, 200 kilometrədək isə - 12,8 saniyə sürətlənir. Maksimum sürəti - saatda 305 kilometrdir.
Satış göstəricisi üzrə bu ilin birinci rübü “Lamborgini” üçün rekord oldu. Belə ki, italyan brendi müştərilərə 2539 avtomobil təhvil verib ki, bu da təkcə 2020-ci ilin göstəricisini (+31%) deyil, həm də 2021-ci ilin göstəricisini (+5%) ötüb.
“Urus” krossoverinin 2018-ci ildə satışa çıxmasına baxmayaraq, Lamborgini artıq yubileyini - "20 000"ci ​ avtomobilin buraxılışını qeyd edir.