Rusiya Sənaye və Ticarət Nazirliyinin açıqlamasında bildirilir ki, Renault ilə şirkətin Rusiyadakı bütün aktivlərinin Rusiya hökumətinə və Moskva bələdiyyə administrasiyasına verilməsinə dair müqavilə imzalanıb.
"Fins.az" xəbər verir ki, Rusiyanın Sənaye və Ticarət Nazirliyi Fransanın Renault şirkətinin Rusiyadakı bütün aktivlərinin Rusiya dövlətinə keçdiyini açıqlayıb.
Rusiya Sənaye və Ticarət Nazirliyindən verilən yazılı açıqlamada, Renault ilə şirkətin Rusiyadakı bütün aktivlərinin Rusiya hökumətinə və Moskva bələdiyyə idarəsinə verilməsinə dair müqavilə imzalandığı bildirilib.
Müqaviləyə əsasən, Renault Rusiya şirkətinin bütün payının Moskva bələdiyyəsinin idarəsinə keçdiyi, Fransa şirkətinin ölkənin ən böyük avtomobil şirkəti olan Avtovazdakı 68 faizlik payının isə Rusiyanın NAMI institutuna keçəcəyi qeyd edilib.
Açıqlamada qeyd olunub ki, Renault-un 6 il ərzində Avtovazdakı payını geri almaq hüququ var.