Yaponiyanın avtomobil konserni “Toyota”nın 2021-ci maliyyə ilində xalis mənfəəti 26,9% artaraq 2,85 trilyon yenə (21,8 milyard dollar) çatıb.
Məlumata görə, şirkət ötən il 10 milyon 495 min 548 avtomobil satıb ki, bu da dünya üzrə ən yüksək göstəricidir.
Əlavə edək ki, bu dövrdə yeni avtomobillərin istehsalı 2020-ci illə müqayisədə 9,4% artaraq 10 milyon ədədi ötüb.