AVTO

27 Aprel

"Volkswagen" Rusiyadan 75 mindən çox avtomobili geri çağırır

“Volkswagen”in Rusiyadakı rəsmi nümayəndəsi olan “Volkswagen Group Rus” 2020-ci ilin aprelindən 2022-ci ilin fevralına qədər satılan 75 396 Polo sedanını geri çağırır.

Bu barədə Rosstandartın saytında məlumat yayılıb.

Geri çağırma proqramına daxil olan avtomobillərdə təcili çağırış modulunun idarəetmə blokunun və rabitə blokunun proqram təminatı yenilənəcək.

Rosstandart bildirib ki, geri çağırılan avtomobillərin bütün sahibləri avtomobili təmir işləri üçün ən yaxın dilerlərə gətirmək zərurəti barədə məlumatlandırılacaqlar.

Təmir işləri pulsuz aparılacaq.