Bu ilin ilk üç ayında ölkəyə 17 min 102 avtomobil gətirilib. Bu, ölkəyə 189 milyon dollara başa gəlib.
"Fins.az"xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Məlumata görə, avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə sayca 10 faiz, məbləğ baxımından 20%-ə yaxın artıb. Elektriklə çalışan avtomobillərin idxalı da 17-dən 70-ə yüksəlib.
Müəllif: Aynur Qəniyeva