Ehtiyatda yeni bir şey yoxdursa, o zaman avtosalon ziyarətçilərinin diqqətini necə cəlb etmək olar? Bunun artıq sınaqdan çıxmış asan bir yolu var - əvvəl nümayiş etdirilmiş konsepti yeni rəngə boyamaq! Nyu York avtosalonuna hazırlaşan Chrysler şirkət məhz belə üslula əl atıb.
Burada göstərilən Chrysler Airflow Graphite konsepti həqiqətən də dörd ay bundan öncə təqdim edilmiş Airflow konseptinin yenidən rənglənmiş variantının olub-olmaması dəqiq bilinmir: bəlkə də şirkət onun ikinci nüsxəsini hazırlayıb, ancaq reallıq ondadır ki, iki avtombil arasındakı fərqlər sırf dekorativ xarakter daşıyırlar.
Ağ əvəzinə kuzovun qara rəngi, gümüş əvəzinə mis rəngli dekor, açıq əvəzinə tünd üst tərtibat, mavi əvəzinə kəhrəba rəngli işıqlandırma - Nyu Yorkdakı Chrysler Airflow Graphite konsepti ilə yanvar ayında Las Veqasda keçirilən istehlak elektronikası sərgisində (CES 2022) nümayiş etdirilən avtomobil arasındakı bütün fərq bunlardan ibarətdir.
Başqa bir vacib dəqiqləşdirmə də var: dörd ay bundan əvvəl dolu batareya ilə yürüş məsafəsi təqribən (560 - 640 kilometrə qədər) göstərilirdisə, şirkət artıq yeganə göstəricini səsləndirib - 640 kilometr.
Xatırladaq ki, Airflow 2025-ci ildə Chrysler brendinin kütləvi şəkildə istehsal edilən ilk elektromobilinə çevriləcək, 22-düymlük təkər disklərinə malik olan böyük beşqapılı hetçbekdir.
Elektromobil Stellantis tərəfindən yaradılan STLA Large modul platformasına əsaslanacaqdır. Airflow konsepti iki ədəd 204 at qüvvəli elektrik mühərriki ilə təmin edilən tam ötürmə sisteminə malikdir. Üçüncü avtonomluq səviyyəsinə cavab verən STLA AutoDrive avtopilotu da vəd edilir.
Stellantis konserninin Nyu Yorkdakı digər yeniliyi tərkibinə qara rəngli orijinal 21-düymlük təkər diskləri və bolluca qara dekor (radiator barmaqlığı, bamper əlavələri, güzgü korpusları, dam reylinqləri və s.) daxil olan yeni High Altitude paketi ilə təchiz edilmiş Jeep Grand Cherokee modelidir.
İlin ikinci yarısından etibarən bu paket Summit və Summit Reserve zəngin təchizat səviyyələri üçün əlçatan olacaqdır. Kuzovun rəng palitrasına Hydro Blue Pearl Coat çaları da əlavə olunub, bu rəng üçün əlavə 395 dollar ödəmək tələb olunur.
© Autograph