2021-ci ildə avtomobil satışından “Rotary Motors”un gəlirləri 8 milyon 583 min manat, “Subaru Azərbaycan”ın gəlirləri 1 milyon 458 min manat təşkil edib.İl ərzində şirkətlərin cəmi gəlirləri 10 milyon 41 min manat təşkil etsə də “Rotary Motors” MMC və Subaru avtomobillərinin rəsmi idxalçısı “Subaru Azərbaycan” MMC ötən il 1577 manat xalis zərər edib.
"Fins.az"xəbər verir ki, bu barədə Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısı “Rotary Motors” MMC və Subaru avtomobillərinin rəsmi idxalçısı “Subaru Azərbaycan” MMC-ın 2021-ci ilin maliyyə göstəricilərinin əks olunduğu konsolidə edilmiş hesabatında məlumat verilib.
Məlumata görə, hesabat dövründə servis xidmətlərindən “Rotary Motors” üzrə 407 min manat, “Subaru Azərbaycan” üzrə 118 min manat təşkil edib. Sözügedən xidmətdən hər iki şirkətin cəmi gəlirləri isə 526 min manat olub.
Qeyd edək ki, 2017 və 2018-ci illərdə “Subaru Azərbaycan”-ın 439 min 849 manat xalis zərəri yığılıb.
Qeyd edək ki, 2021-ci ilin neyabr ayında “Subaru”nun Azərbaycanda rəsmi və yeganə distribyutor şirkəti “Subaru Azərbaycan”nın rəhbəri dəyişib.Belə ki, bu tarixdən etibarən Elçin Əsədov Qamət oğlu “Subaru Azərbaycan”nın rəhbəri təyin edilib.