AVTO

12 Aprel

Honda-dan iddialı elektrik avtomobil planı

Honda, qarşıdakı 10 il ərzində elektrikli avtomobil istehsalına 40 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

"Fins.az" şirkət 2030-cu ildən sonra Çin bazarında yalnız elektrikli avtomobillər satmağı öhdəsinə götürüb.Qeyd olunub ki, Honda yaxın 10 ildə elektriklə işləyən avtomobillərə keçid üçün 5 trilyon yen =40 milyard dollar xərcləməyi planlaşdırır.

Şirkətdən verilən açıqlamada, 2030-cu ilə qədər 30-a yaxın elektrikli avtomobil modelini təqdim etməyi və hər il 2 milyon avtomobil satmağı planlaşdırdığı qeyd edilib. Şirkət 2030-cu ilin sonuna qədər elektrik avtomobillərinin şirkətin parkının 40 faizini təşkil edəcəyini proqnozlaşdırıb.

Keçən iyun ayında Honda 2040-cı ilə qədər benzinlə işləyən avtomobil istehsalını tamamilə tərk edəcəyini elan edərək, bu addımı atacağını söyləyən ilk Yapon avtomobil istehsalçısı olub. 

Sonrakı aylarda yeni təyin olunmuş CEO Toshihiro Mibe diqqətini Tokioda yerləşən şirkətin rəqabətqabiliyyətli elektrik avtomobil seqmentinə keçidini sürətləndirməyə yönəldib. 

Keçən ay Honda elektrik avtomobili və akkumulyator istehsalında istifadə olunmaq üçün 2,75 milyard dollar dəyərində yaşıl istiqrazlar buraxdı. Honda verdiyi açıqlamada, elektrikləşdirmə prosesini maliyyələşdirmək üçün daha çox istiqraz buraxılışını nəzərdən keçirəcəyini, lakin büdcə və vaxt təfərrüatlarına daha yaxından baxmaq lazım olduğunu söylədi.