2022-ci ilin martında Rusiyanın minik avtomobili bazarında satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz azalıb.
Bu barədə "Avtostat" analitika agentliyinin hesabatında deyilir.
Ötən ay Rusiyada satılan minik avtomobillərinin sayı 79 minə yaxın olub. Qeyd olunur ki, bu ilin yanvar və fevral aylarında avtomobil bazarında satış 12 faizə bərabər idi.
Ümumilikdə, birinci rüb ərzində Rusiyada 264 min yeni minik avtomobili satılıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 25 faiz azdır.
Eyni zamanda, rublun dəyərinin azalması avtomobillərin orta hesabla 35-45 faiz bahalaşmasına səbəb olub.