AVTO

02 Aprel

Ford, çip çatışmazlığından Miçiqanda “Mustang”ın istehsalını dayandıracaq

2 aprel. Fins.az –   Amerika avtomobil konserni “Ford Motor Co.” davam edən çip çatışmazlığı səbəbindən aprelin 4-dən etibarən “Mustang” idman avtomobillərini yığan Miçiqan zavodunda istehsalı bir həftə dayandıracaq.

"Qlobal yarımkeçirici çatışmazlıqları Şimali Amerikada Ford zavodunun fəaliyyətinə təsir etməkdədir", – deyə avtomobil istehsalçısı mətbuata açıqlamasında bildirib.

Şirkətin Şimali Amerika zavodlarının qalan hissəsi gələn həftə fəaliyyətini davam etdirəcək.

Miçiqan ştatının Flet Rock şəhərindəki müəssisə  2022-ci ilin yanvarında “Ford Mustang”ın istehsalına başlayıb, lakin təchizatın kəsilməsi səbəbindən istehsal bir neçə dəfə dayandırılıb. Fordun Ohayo və Kentukkidəki fabrikləri də ilin əvvəlindən bir neçə dəfə istehsalı dayandırıblar.

Ford fevral ayında dördüncü rüb üçün mənfəət hesabatında xəbərdar edib ki, birinci rübdə "davam edən tədarük zəncirində fasilələr" fonunda istehsal azala bilər.

Digər Amerika avtomobil istehsalçısı “General Motors Co.”-da komponent çatışmazlığı səbəbindən Miçiqan zavodunu bağlayacaq, lakin bunlar çiplərlə əlaqəli deyil. Bu xəbəri “Automotive News” yayıb.