BYD şirkəti kiçildilmiş Porsche Taycan modelini xatırladan Seal sedanının rəsmi şəkillərini dərc edib. Sedanın qiymətinin 220 - 280 min yuan arasında olacağı gözlənilir ki, bu da onu rəqibi olan Tesla Model 3 elektrokarından daha ucuz edir.
Yeni model əksər cəhətdən Ocean-X konseptinin eksteryerini təkrarlayır. Ön tərəfin dizaynı isə Taycan modelindən ilham alınaraq yaradılıb. Alçaq profil və qeyri-adi cizgilər Mercedes-Benz EQE liftbekini xatırladır. Brend üçün ənənəəvi olan detal arxa dəbli “monofənərdir”. Bu fənər BYD brendinin modellərinin yarısında tətbiq edilir. BYD Seal modelinin uzunluğu 4980 millimetr, eni - 1910 millimetr, hündürülüyü - 1495 millimetr, təkər bazası isə 2920 millimetrdir.
Elektrik sedanının əsasını 800-voltluq elektrik sisteminə və Blade ailəsinin litium-dəmir-fosfat batareyasına malik olan üçüncü nəsil e-Platform 3.0 platforması təşkil edir. Sedanın üç modifikasiyası sertifikatlaşdırılıb: onlarda ikisi arxa oxda quraşdırılan 204 və ya 313 at qüvvəli mühərrikılə təchiz edilir. Tamötürməli top versiya isə öndə 218, arxada isə 313 at qüvvəli mühərriklər ilə təklif olunur. Digər təfərrüatlar modellərin rəsmi təqdimatı zamanı açıqlanacaqdır.
autograph.az