"Azərbaycana idxal olunan yeni avtomobillərin sayı 2019-cu ildən 2021-ci ilə kimi - 9 ay ərzində əhəmiyyətli dərəcədə dəyişməyib".
Bunu “Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda keçirlən mətbuat konfransında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Ekspert bildirib ki, lakin işlənmiş avtomobillərlə bağlı vəziyyət tamamilə fərqlidir:
"Belə ki, işlənmiş avtomobillərin sayı 57 % artıb. 9 aylıq nəticəni izləyəndə aydın olur ki, 2019-cu ildə istismar olunmuş avtomobillərin Azərbaycana idxalı 31 347, 2020-ci ildə 38 611, 2021-ci ildə isə 49 392 olub. Lakin adam daşımaq üçün nəzərdə tutulmuş yeni minik avtomobillərin Azərbaycana idxalında ciddi fərq yoxdur. 2019-cu ildə 11 643, 2020-ci ildə 10 827, 2021-ci ildə isə 11 034-dür".
© Avtosfer