Azərbaycan üzrə enerjidoldurma məntəqələrinin (EDM) sayı 33 vahid təşkil edir ki, bunlardan 22-si Bakıda, 11 isə regionlarda qurulub.
Bunu Energetika Nazirliyinin nümayəndəsi Rauf Qurbanov deyib.
O bildirib ki, mütəxəssislərin tövsiyələrinə görə, EDM-lər arasında məsafə 25 kilometri keçməməlidir.
"Hazırda bizdə elektrik avtomobillərinin sayı o qədər də çox deyil. Əlbəttə, onların sayı artdıqca, məntəqələrin də sayının artırılması nəzərdə tutulur. Gələcəkdə EDM-lərin günəş panellərindən həm akkumulyasiya olunması, həm də avtomobillərin "charge" edilməsi təklif olunur", - deyə R. Qurbanov qeyd edib.