AVTO

23 Mart

Tesla Avropada ilk zavodunu açdı

Berlin yaxınlığında “Tesla”nın Avropadakı ilk fabriki açılıb.

Məlumata görə, artıq orada istehsal olunan ilk 30 avtomobil alınıb.

Mərasimdə Almaniya kansleri Olaf Şolts, iqtisadiyyat naziri Robert Habek və “Tesla” şirkətinin baş direktoru İlon Mask iştirak edib.

Yeni zavodda 12 min işçi çalışır. Fabrikdə ildə 500 minə qədər avtomobil istehsal ediləcək.

Mənbə: TASS