AVTO

19 Mart

Porsche elektrikli avtomobil istehsalını artıracaq

Almaniyanın “Volkswagen” avtomobil istehsalçısına məxsus lüks avtomobil markası “Porsche AG” 2030-cu ilə qədər elektrik avtomobillərinin istehsalını ümumi istehsalının 80%-nə çatdırmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Əlavə edək ki, ötən il “Porsche”nin hal-hazırda yeganə elektrikli avtomobili olan “Taycan” modelinin satışı ikonik “911” idman modelinin satışlarını ötüb.