AVTO

18 Mart

Şirkət işini dayandırır

Fins.az xəbər verir ki, "Toyota Motor" işini müvəqqəti dayandırmaq qərarına gəlib. Yaponiyanın ən böyük avtomobil istehsalçısı olan şirkət bunu martın 16-da ölkədə baş vermiş güclü zəlzələ səbəbiylə əlaqələndirib. Hadisə ilə əlaqədar şirkətə dəyən ziyan açıqlanmayıb. Qeyd edək ki, Fukusima yaxınlığında baş verən zəlzələ səbəbindən sunami təhlükəsi elan edilib. Seysmoloqlar sakinlərə bir həftə ərzində təkrarlana biləcək təkanlar barədə xəbərdarlıq edib. Zəlzələ nəticəsində ölənlərin olduğu bildirilir. Xəbəri RİA “Novosti” yayıb