AVTO

14 Mart

Avropa İttifaqı Rusiyaya lüks avtomobillərin ixracını qadağan etməyi planlaşdırır

 Avropa Birliyi Rusiyaya lüks  avtomobil satışına 50 min avroluq üst limit qoymağı planlaşdırır. Qərar rəsmiləşərsə, bir çox Avropa avtomobil istehsalçılarının bəzi modellərini Rusiyaya satmaq mümkün olmayacaq.

"Fins.az" xəbər verir ki, Bloomberg mənbələrinə görə, Avropa Birliyi müzakirə etdiyi son sanksiyalar paketində Rusiyaya ixrac ediləcək lüks avtomobillər üçün 50 min avro limit tətbiq etməyi düşünür.

Bazar ertəsindən etibarən qüvvəyə mindiyi bildirilən qadağanın hələ də dəyişə biləcəyi və Audi, BMW, Mercedes, Ferrari və Porsche kimi bir çox markanın modellərinə ev sahibliyi edə biləcəyi ifadə edilir.

Qeyd edək ki, bir çox avropalı avtomobil istehsalçısı könüllü olaraq Rusiyaya satışlarını dayandırsa da, Avropa Birliyi açıqlayacağı dördüncü sanksiya paketi ilə bu qərarı rəsmiləşdirməyi hədəfləyir.